Bakı Gənclər Mərkəzinə ekskursiya

        Bu gün məktəbimizin şagirdləri ilə Bakı Gənclər Mərkəzinə ekskursiya təşkil olundu. Ekskursiyada şagirdlər yeni istifadəyə verilmiş Bakı Gənclər Mərkəzi ilə yaxından tanış oldular. Gənclər mərkəzində görülən işlər və yaradılan şərait şagirdlərin  nəzərinə çatdırıldı. Şagirdlər Heydər Əliyev muzeyi ilə də tanış oldular. Muzey şagirdlərin böyük marağına səbəb oldu. Daha sonra şagirdlər burada fəaliyyət göstərən müxtəlif kurslar, elektron kitabxana, bilik yarışlarının keçirildiyi zal , kinozal və dərnək otaqlarını  gəzdilər.  Sonda şagirdlərə "Şirvanşahlar" adlı qısametrajlı film nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi