Valideyn iclası 6-cı sinif
Sinif rəhbərlərinin təşkilatçılığı ilə 6-cı siniflərdə valideyn iclasları keçirilib. İclasda çıxış edən sinif rəhbərləri valideynlərə təlim-tərbiyə prosesi, onun inkişaf etdirilməsi yolları, nizam-intizam haqqında məlumat verib. İclasda məktəb psixoloqu və təlim-tərbiyə işləri üzrə direktor müavini də iştirak edib. Valideynlərə "Ümumi təhsil müəssisələrində şagird təhlükəsizliyi" nin təmin edilməsinin əsas prinsipləri izah olunub. Məqsəd ümumtəhsil müəssisələrində təlim-tərbiyə prosesini qanunvericiliyin tələblərinə uyğun olması və təhsilalanların sağlam, mənəvi-psixoloji mühitdə formalaşmasını təmin etməkdir.