Alternativ enerji
Ətraf mühiti qorumaq hər bir vətəndaşın borcudur ! Coğrafoya müəllimi Ülkər Cavadlı 7a sinif şagirdləri ilə birgə təqdimatlar hazırlayıblar. Ülkər Cavadlı çıxış edərək bildirib ki, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, həmçinin qlobal ekoloji problemlər üzrə beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir.