Videoçarx təqdimatı "Yaşıl enerji növlərinin yaradılması"
Bu gün 9a və 9b siniflərində "Yaşıl enerji növlərinin yaradılması" mövzusunda videoçarxların təqdimatı keçirilib. Təqdimatda məktəb rəhbərliyi və müəllimlər iştirak edib. Təqdimatlar zamanı şagirdlər bildirib ki, yaşıl enerji növləri, bərpa olunan və ekoloji cəhətdən təmiz enerji mənbələrindən əldə olunan enerji növləridir. Bu enerjilər ətraf mühitə minimal təsir göstərir və tükənməyən mənbələrdən gəlir.