Valideynlərlə görüş

Bu həftə ərzində məktəbin 5-9-cu sinif şagirdlərinin valideynləri ilə görüş keçirilib. İclasda məktəb rəhbərliyi, sinif rəhbərləri və fənn müəllimləri də iştirak edib. Valideyn iclasları valideynlərin övladlarının təhsil prosesində rolunu artırmaq, onların müvəffəqiyyətlərini və çətinliklərini müzakirə etmək üçün təşkil edilib. Valideyn iclaslarında şagirdlərin akademik göstəriciləri, davranışları və sosial inkişafı barədə valideynlərə məlumatlar verilib və qarşılıqlı müzakirələr aparılıbdır. Müəllimlər hər bir şagird haqqında fərdi qeydləri haqqında valideynləri məlumatlandırıb və onların təkliflərini dinləyiblər. Valideyn iclaslarında, həmçinin valideynlər məktəbin tədris proqramı və planları barədə də məlumatlandırılıb. Bu iclaslar vasitəsilə valideynlər övladlarının təhsilində fəal iştirak edir və məktəb-məktəbli-valideyn üçbucağında daha güclü və səmərəli əlaqələr qurulur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi