İkinci Qarabağ qələbəsi
İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının işğaldan azad olunması münasibətilə məktəbin kitabxana müdiri Almaz Cəfərova, UBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə "Dəyirmi masa" keçirilib. Tarix müəllimi Lalə Babayeva çıxış edərək qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi... Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ, milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi, qalib dövlət kimi yaşayır. Biz bundan sonra da müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq.