9-cu siniflərdə valideyn iclası
Oktyabr ayında məktəb rəhbərliyi və sinif rəhbərlərinin təşkilatçılığı ilə 9-cu siniflərdə valideyn iclasları təşkil olunub. Valideynlərə şagirdlərin monitorinq nəticələri, dərsə davamiyyətləri və təhlükəsizlik qaydaları haqqında məlumat verilib. Daha sonra məktəb psixoloqu valideynlərə "Reproduktiv sağlamlıq" mövzusunun əhəmiyyəti haqqında danışıb. Valideynlərə şagirdlərin təhlükəsiz, sağlam mühitdə formalaşması haqqında məlumat verib. Məqsəd uşaqların fiziki və psixoloji inkişafına müsbət təsir göstərməkdir