Beynəlxalq kitab sərgisi
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr 2024-cü il tarixlərində Bakı Ekspo Mərkəzində 10-cu Beynəlxalq kitab sərgisi keçirilir. Sərgidə məktəbimizin şagird və müəllim kollektivindən də iştirak ediblər.
Məktəbin musiqi müəllimi Elnurə Rzayeva sinif rəhbəri olduğu 7 "A" sinfi ilə sərgidə iştirak ediblər. Sərgidə şagirdlər bir çox şair və yazıçıların kitabları ilə tanış olub, həmçinin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd Füzuli yaradıcılığı haqqında məlumatlar əldə etdiblər.
Şagirdlər kitab sərgisindən xoş təəssüratlarla ayrılıblar.