Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) təşkil edilməsi ilə bağlı 2024-cü il üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq məktəbdə də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bununla bağlı məktəbin istedadlı şagirdlərinin iştirakı ilə coğrafiya müəllimi Ülkər Cavadlı tərəfindən "Dəyirmi masa" təşkil olunub. Tədbirdə COP 29 barədə şagirdlərə məlumatlar təqdim edilib. Həmçinin şagirdlərlə fəal müzakirələr aparılıb.
2024-cü il COP 29-a ev sahibliyini ölkəmiz Azərbaycan edəcəkdir.