Milli Musiqi Günü
18 Sentyabr Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin doğum günüdür.
Əvəzolunmaz bəstəkarımızın doğum günü Milli Musiqi Günü kimi qeyd edilir.
Bu əlamətdar günlə bağlı məktəbimizin musiqi müəllimi Elnurə Rzayeva və UBT rəhbəri Aynur Piriyeva tərəfindən 7 "A" sinfində tədbir keçirib.
Tədbirdə müəllim bu günün xalqımız üçün önəmindən bəhs edib.Tədbirdə müəllim milli musiqimizin zirvələrdə olmasına görə məhz Üzeyir Hacıbəyliyə borclu olduğumuzu qeyd edib.
Daha sonra şagirdlər Ü.Hacıbəylinin əsərlərini səsləndirən kompozisiya ilə çıxış ediblər.