Yeni tədris ilinin ilk pedaqoji şurası

13.09.2024-cü il tarixində yeni tədris ilinin ilk Pedaqoji Şura iclası keçirilib. İclasda məktəbin direktoru Nazəni Məmmədova aşağıdakı gündəlikdə duran məsələləri şura üzvlərinin nəzərinə çatdırıb: 1)Ötən tədris ilinin nəticələri, yeni dərs ilində pedaqoji heyətin qarşısında duran məsələlər. 2)2024-2025 -ci tədris ili üçün məktəbin "Fəaliyyət Planı"nın müzakirəsi. 3)Müəllimlərin dərs yükü, sinif rəhbərlərinin, fənn birləşmə sədrlərinin təyini, 1-ci və 10-cu siniflərinin komplektləşdirilməsi, yay tədris tapşırıqlarının nəticələri. 4)Ötən tədris ilinin buraxılış və qəbul imtahanlarının, IV və VI siniflərdə monitorinqlərin nəticələrinin təhlili 5) Məktəb-valideyn münasibətlərinin gücləndirilməsi istiqamətində görüləcək işlərin müzakirəsi. 6) Azərbaycan dilinin dövlət dili kimi tədrisinə, ibtidai təhsil səviyyəsində tədris dili və riyaziyyat fənlərinin tədrisinə nəzarətin gücləndirilməsi. 7)Cari məsələlər Pedaqoji Şurada qarşıya qoyulan məsələlərin müzakirəsində qarşıya qoyulan hədəflər və hədəflərə nail olmaq üçün planlı şəkildə kollektiv olaraq çalışmağın vacibliyi ön plana çəkilib. Bu istiqamətdə məsələlər üzrə müvafiq qərarlar çıxarılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi