Korrupsiyaya qarşı mübarizə mövzusunda təlim keçirilib

    “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində məktəbin direktoru Nazəni Məmmədova tərəfindən  korrupsiyaya qarşı mübarizə istiqamətində məlumatlandırma, maarifləndirmə xarakterli tədbirlər silsiləsində 03.06.2024-cü il tarixdə  məktəbdə bütün pedaqoji, texniki və inzibati heyət üçün  tədris başa çatdıqdan  sonra 1 saatlıq təlim keçirilib. Təlimdə heyət Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublukasının Qanunu ilə tanış  edilib, korrupsiya anlayışı, korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar, korrupsiyanın qarşısının alınması, korrupsiyaya ilə əlaqədar hüquqpozmalar və bu hüquqi prizmalara görə yaranacaq məsuliyyət məsələləri barədə ətraflı məlumatlandırılıb. Sonda məktəbin hərbi rəhbəri Səfxan Bayramov  dövlətin iqtisadi əsasları və Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi sahəsində işin vacibliyini vurğulayıb, mövzu ilə bağlı sualları cavablandırıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi