Ədəbi dilin normaları

    Dövlət idarəçiliyində, KİV- də Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə 16 may 2024- cü ildə məktəbimizin ana dili müəllimi Günel Zeynalova tərəfindən 9-cu sinif şagirdlərinin iştirakı ilə "Dəyirmi masa" təşkil olunub. Əsas mövzu ana dilimizin saflığını qorumaq, onun yad ünsürlərin mənfi təsirinə məruz qalmasının qarşısını almağımızın vacibliyi idi, çünki dil xalqın, millətin varlığını şərtləndirən əsas amildir.     Azərbaycan ədəbi dilinin düzgün istifadəsi ilə bağlı tez- tez maarifləndirici tədbirlərin və treninqlərin  təşkil olunması da əsas mövzu obyekti olub. Şagirdlər tərəfindən mövzu ilə bağlı təqdimatlar təqdim olunub. İştirakçılar televiziya və radiolarda, mətbuatda ədəbi dil, tələffüz qaydalarına riayət olunmasının vacibliyini vurğulayıblar və müxtəlif sahələrdə ədəbi dilin (fonetik, leksik, qrammatik normaların) pozulmasının qarşısının alınması ilə əlaqədar fəaliyyətimizi genişləndirmək yönündə öhdəliklərimiz vurğulanıb. Tədbirdə məktəb rəhbərliyi və fənn müəllimləri də iştirak ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi