"İstixana effekti və qlobal istiləşmə" nümunəvi dərs

    2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi və "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilməsi ilə əlaqədar olaraq məktəbimizdə təşviqat və maarifləndirmə işləri davam etdirilir. Bu məqsədlə fizika müəllimi Gülnarə Bağırova tərəfindən 6b sinifində təbiət fənnindən "İstixana effekti və qlobal istiləşmə" mövzusunda açıq dərs keçirilib. Dərsin əsas məqsədi Yer səthində istixana effekti yaradan qazları sadalamaq, bu qazların qlobal istiləşmə ilə bağlı əlaqəsini müəyyən etmək və qlobal istiləşmə hadisəsini izah etməkdir. Mövzu ilə əlaqədar video çarxlar göstərilib, müzakirələr aparılıb və şagirdlərin çəkdikləri əl işləri təqdim edilib. Dərsdə məktəb rəhbərliyi və metodbirləşmə rəhbəri də iştirak edib. Sonda dərsin güclü və inkişafa ehtiyaca olan tərəfləri ətraflı şəkildə müzakirə edilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi