"Fəryad. Maşuk meşəsi" mövzusunda açıq dərs keçirilib

    Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilməsi və 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili " elan edilməsi ümumi təhsil müəssisələrində bu istiqamətdə təşviqat və maarifləndirmə işlərinin daha miqyaslı aparılmasının önəmini artırır. Bu prioritet sahə üzrə məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi tərəfindən 6 və 7-ci sinif şagirdləri ilə "Fəryad. Maşuk meşəsi" mövzusunda açıq dərs keçirib. Dərsin əsas məqsədi səs tonu vasitəsilə şeirdəki ovqat və əhvali-ruhiyyəni dinləyiciyə çatdırmaq,şeiri dinləyərkən deklamasiyadakı ton və emosiyanın təsirini izah etmək eyni zamanda verilmiş mövzu üzrə mətn yazmaq üçün plan qurmaqdır. Dərsdə məktəb rəhbərliyi və fənn müəllimləri də iştirak ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi