6-cı siniflərdə valideyn iclası

    Uşaqların davamlı inkişafına yönəlmiş pedoqoji fəaliyyətə dəstək vermək məqsədilə valideynlərin sistemli şəkildə pedoqoji-psixoloji maarifləndirilməsi üçün məktəbin 6a və 6b sinif şagirdlərinin valideyn iclasları keçirilib. İclası giriş sözü ilə açan məktəbin direktoru Nazəni Məmmədova qeyd etdi ki, məktəb-valideyn əlaqəsinin səmərəli qurulması mühüm vəzifələrimizdən biridir. İclaslarda eyni zamanda sinif rəhbərləri, psixiloq Həşimova Günay, UBT rəhbəri Piriyeva Aynurə və direktor müavini Şəbnəm Mirzəliyeva da çıxış edərək imtahan həyəcanı, məktəbdaxili monitorinqlərin nəticələrinin təhlili, şagird davranış və təhlükəsizlik qaydaları üzrə müzakirələr aparıblar. Eyni zamanda qeyd edilib ki, şagirdin təlim nəticəsinin yüksəldilməsində müəllimin ən yaxın köməkçisi valideynlərdir. Məhs buna görə də məktəb-valideyn əməkdaşlığı mütləqdir. Fənn müəllimləri də iclaslarda iştirak edərək şagirdlərin təlim nəticələri haqqında məlumat veriblər. Daha sonra 19.05.2024-cü il tarixində keçiriləcək monitorinqlər üzrə MÜTDA tərəfindən təqdim edilmiş təlimatla valideynlər tanış edilib, bu istiqamətdə maarifləndirici söhbətlər aparılıb və valideynləri maraqlandıran suallar cavablandırılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi