BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ

             08 noyabr 2018-ci il tarixində məktəbimizdə 9 noyabr – “Dövlət Bayrağı Günü”nə həsr olunmuş tədbir keçirildi. Məktəbin ibtidai sinif müəllimi Məmmədova Reyhan rəhbəri olduğu 3 "A" sinif şagirdləri ilə birlikdə təşkil etdiyi "Bir kərə yüksələn bayraq bir daha enməz" adlı tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Daha sonra Reyhan Məmmədova çıxış edərək vurğuladı ki, ölkə rəhbəri cənab İlham Əliyevin 17 oktyabr 2009-cu il Sərəncamı ilə hər il noyabrın 9-u Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bayraq bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən dövlət atributudur. Müqəddəs atributa çevrilən bayrağımız yüksəkliyə qaldırılarkən hansı hisslər yaşadığımız hər bir soydaşımıza məlumdur. O, bildirdi ki, bayrağımızı öz qanı hesabına ucalıqda saxlayan şəhidlərimiz bu gün də ehtiramla yad edilir.              Tədbirdə çıxış edən balaca vətənpərvərlər ümumilli lider Heydər Əliyevin "Bayrağı sevmək, onu uca tutmaq hər bir vətəndaşın borcudur" sözlərini xatırlatdı, dövlətimizin müqəddəs rəmzlərindən olan bayrağımızın doğma Qarabağımızda dalğalanmasını arzuladıqlarını, məktəblilərin bayrağa və digər dövlət rəmzlərinə hörmətlə yanaşmasının vacibliyini vurğuladılar. Şagirdlərimiz Vətən, bayraq, azadlıq haqqında şeirlər söylədi, rəqslər və mahnılar ifa etdilər. Məktəb rəhbərliyi şagirdlərimizə Vətənə, Bayrağa,  Milli-mənəvi dəyərlərimizə göstərdikləri hörmət və ehtirama görə minnətdarlıqlarını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi