Valideynlərlə bir gün

        Bu gün məktəbimizdə Bakı Şəhər Təhsil İdarəsinin "Valideynin məktəbdə bir günü" layihəsi çərçivəsində valideynlərlə görüş keçirildi. Görüşdə valideynlər fəal iştirak etdilər. İki hissədən ibarət olan görüşdə valideynlər ilk olaraq rəhbərlik tərəfindən məktəblə tanış oldular və dərslərdə oturaraq dərsləri müşahidə etdilər. Valideynlərə məktəbin uğurları haqqında da məlumat verildi. İl ərzində görülən işlərdən hazırlanmış videoçarx təqdim edildi.          Bədii hissədə şagirdlər öz bacarıqlarını nümayiş etdirdilər. Şeirlər söylədilər, mahnılar səsləndirdilər.          Doğrudan da, bu layihə müəllim - valideyn - şagird münasibətlərinin  keyfiyyətinin yüksəldilməsinə səbəb olacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi