"Alkoqolizm və narkomaniya" ilə mübarizə

    "Reproduktiv sağlamlıq" sahəsində maarifləndirmə tədbirləri çərçivəsində biologiya müəllimi və məktəb psixoloqunun təşkilatçılığı ilə VIII sinif şagirdləri ilə "Alkoqolizm və narkomaniya" mövzusunda maarifləndirici seminar keçirilib. Şagirdlərə əsrin bəlası sayılan narkomaniyanın insan həyatına ölümcül təsirləri haqqında məlumat verilib. Belə profilaktik tədbirlərin keçirilməsində məqsəd şagirdlər arasında zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi və sağlam həyat tərzinin təbliğidir. Sonda şagirdlərin sualları cavablandırılıb və mövzunu əhatə edən videoçarx nümayiş etdirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi