Mülki Müdafiə Günü

Bu gün məktəbdə Sabunçu rayonu üzrə FH və MM şöbəsi ilə razılaşdırılmış plan əsasında “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə müəllim heyəti və şagirdlər iştirak ediblər. Hərbi rəhbər ehtiyatda olan polkovnik-leytenant Səfxan Bayramov “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”nün yaranma tarixi, Azərbaycanın bu təşkilata üzvlüyü, Mülki müdafiənin əhəmiyyəti, vəzifələri, fövqəladə hallara (FH) qarşı necə hazırlıqlı olmağın yolları haqqında ümumi məlumat verib. Daha sonra şagirdlərlə Mülki müdafiənin vəzifələri barədə sual-cavab formasında dialoq keçirilib. Videofilm nümayiş etdirilib. Tədbirin sonunda şagirdlərə insanların təhlükəsizliyinin təmin olunması, o cümlədən də təbii və texnogen xarakterli fövqəladə hallar zamanı əhalinin mühafizəsinin xüsusi əhəmiyyəti haqqında məlumatlatlar çatdırılıb və onların sualları cavablandırılıb. Tədbirdə məktəb rəhbərliyi də iştirak edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi