Kim bioloq olmaq istəyir

22.02.2024-cü il tarixində fənn aylığı çərçivəsində biologiya müəllimi Eyubova Esmira tərəfindən 7,8 -ci siniflərdə "Kim bioloq olmaq istəyir" adlı intellektual yarış təşkil olunub. Yarışda 3 komanda : Botaniklər, Şahinlər və Ulduzlar komandaları mübarizə aparıblar. Yarışma "zehnin məşqi", 5 əsas və final mərhələsindən təşkil olunub. Hər mərhələdə şagirdlərə tənqidi düşünmə və problemi həlletmə qabiliyyətinin inkişaf etdirilməsi üçün suallar təqdim olunub. Sonda yüksək nəticə əldə edərək "Botaniklər" komandası 1-ci yerə layiq görülüb. Qaliblərə rəhbərlik tərəfindən diplomlar təqdim olunub. Yarışmada məktəb rəhbərliyi və fənn müəllimləri münsiflər heyəti kimi iştirak ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi