Beynəlxalq Ana Dili Günü

Məktəbimizin Azərbaycan dili müəllimi Gülzar İsmayılova tərəfindən 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr edilmiş Dəyirmi masa təşkil olunub. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Dəyirmi masada ana dilimizin əsrlərin sınağından keçməsi, özünəməxsusluğu ilə bu günümüzlə səsləşməsi haqqında söhbətlər olunub. Ulu öndər Heydər Əliyevin ana dilimizi Dövlət dili səviyyəsinə yüksəltməsi xüsusi vurğulanıb. Şagirdlər tərəfindən müxtəlif təqdimatlar ,ana dilimizə həsr edilmiş şeirlər səsləndirilib. Dəyirmi masa məktəb rəhbərliyinin ana dilimiz haqqındakı çıxışı ilə yekunlaşıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi