Vitaminlərin insan həyatında rolu

Məktəbin biologiya müəllimi Mustafayeva Gülər tərəfindən 19.02.2024-cü il tarixində 8"A" sinfində "Vitaminlərin insan həyatında rolu" mövzusunda nümunəvi dərs keçirilib. Bu məzmunda dərsin keçirilməsində məqsəd şagirdlərin sağlamlığının qorunması üçün sağlam qidalanma qaydalarını şagirdlərə çatdırmaq və izah etməkdir. Fənn aylığı üçün nəzərdə tutulan nümunəvi dərs 5 E modelinə uyğun keçirilib. Dərsdə məktəb müdiriyyəti və bir neçə müəllim heyəti də iştirak edib. Dərs olduqca maraqlı və maarifləndirici əhəmiyyət daşıyırdı. Dərsdən sonra dərsin müzakirəsi aparılıb. Güclü və inkişafa ehtiyac olan tərəfləri müzakirə edilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi