Valideyn iclası

8 a sinfində sinif rəhbəri Xatirə İbrahimova tərəfindən valideyn iclası keçirilib. İclasda gündəlikdə duran məsələlər haqqında məlumat verilib. Məktəbdə şagirdlərin təhlükəsizliyinin təminatı, təhsil müəssisələrində valideynlərin birgə əməkdaşlığının artırılması, şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri kimi məsələlər müzakirə edilib. Şagirdlərin dərsə davamiyyəti, monitorinq nəticələri haqqında valideynlərə məlumat verilib. İclasda çıxış edən məktəb psixoloqu valideynlərə övladlarının yaş xüsusiyyətləri, emosional-psixi durumu, maraq dairəsi ilə bağlı tövsiyələrini və şagirdlər arasında risk qrupunun müəyyənləşdirilməsi ilə bağlı məlumatlar verib. İclasda məktəb rəhbərliyi iştirak edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi