Pedaqoji şuranın növbəti iclası keçirilib

31.01.2024-cü il tarixində Pedaqoji şuranın növbəti iclası keçirilib. İclasda məktəbin direktoru Nazəni Məmmədova, təlim tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva və məktəb kollektivi iştirak edib. Pedaqoji şurada aşağıdakı məsələlər müzakirə edilib: - 2023-2024-cü tədris ilinin hesabatlarının dinlənilməsi - I yarım il ərzində keçirilmiş monitorinqlərin müqayisəli təhlili - müəllimlər və şagirdlərlə psixoloji maarifləndirmə işinin gücləndirilməsi; - ümumi təhsil müəssisələrində valideynlərlə işin artırılması; - sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işinə nəzarətin artırılması; - görülmüş işlər və nailiyyətlərin mütəmadi olaraq ictimaiyyətin diqqətinə çatdırılması və sosial şəbəkələrdə işıqlandırılması; - müvafiq dövlət qurumları ilə birlikdə təhlükə doğuracaq halların qarşısının əvvəlcədən alınması ilə bağlı şagird və valideynlərin maarifləndirilməsi işinin təşkili; -Pedaqoji şurada qəbul edilmiş qərarların icrası ilə bağlı hesabatların təmin edilməsi
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi