Valideynlərlə görüş

29.01.2024-cü il tarixində məktəb rəhbərliyinin təşkilatçılığı ilə sinif rəhbərləri və valideyn komitə icmalarının iştirakı ilə iclas təşkil edilib. İclasda təlim tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva, UBT rəhbəri Aynur Piriyeva, psixoloq Günay Həşimova da iştirak edib. İclasda əsasən valideyn məsuliyyətinin artırılması, məktəbdə uşaqların təhlükəsizliyinin təminatı, məktəbdə yol verilməz davranışlar, nizam-intizam qaydaları və digər məsələlər müzakirə edilib. İclasın əsas məqsədi məktəb-valideyn münasibətlərinin tənzimlənməsi, valideyn-məktəb-şagird üçbucağının təmin edilməsi və ən əsası valideynlərin məktəblə sıx əməkdaşlığının təmin edilməsindən ibarətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi