20 Yanvar

20 Yanvar tarixi,  Azərbaycan xalqının silinməz yaddaşına çevrilmiş qanlı və şanlı bir hadisədir. Məktəblərdə “20 Yanvar”a həsr olunmuş tədbirlərin təşikili ən vacib məsələlərdən hesab olunur və təsadüfi deyil ki, şagirdlər bu anım günlərində iştiraka böyük həvəslə yanaşır. UBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 34 cü ildönümünə aid tədbir keçirildi. Tədbirdə iştirak edən müəllim və şagird kollektivi “Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı tədbiri izlədilər. Müstəqilliyə gedən yolda böyük bir çıraq olan yanvar şəhidləri bu tədbirdə yad olundu. Tədbir aparıcıların yanvar faciəsi haqqında verdiyi məlumatla açıq elan olundu. Ardınca şagirdlər o gecənin hüznünü ifadə edən musiqi sədaları altında vətənimizin qanlı-qadalı tarixinin əks olunduğu şeirlər səsləndirdilər. Çıxış üçün söz məktəbin tarix müəllimi Lalə Babayevaya verildi. O da öz növbəsində Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış bu tarixin acı həqiqətlərindən bəhs edərək şagirdləri məlumatlandırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi