Reproduktiv sağlamlıq. Gəncliyin ilk baharı

Məktəbin psixoloqu və biologiya müəlliminin təşkilatçılığı ilə IX sinif şagirdləri ilə "Reproduktiv sağlamlıq" sahəsində maarifləndirmə tədbirləri çərçivəsində "Gəncliyin ilk baharı" mövzusunda söhbət aparılıb. Müəllim Gülər Mustafayeva şagirdlərə yetişkənlik dövrünün əsas əlamətlərini sadalayıb, yeniyetməlik dövründə psixoemosional sahədə baş verən dəyişiklikləri izah edib. Sonda isə məktəb psixoloqu şagirdlərə mövzu ilə bağlı slayd təqdim edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi