Ana dilimizi sevək

UBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə "Ana  dilimizi  sevək  və  inkişaf  etdirək” mövzusunda məktəb kitabxanasında "Dəyirmi masa" keçirilib. Tədbirdə məktəbin kitabxana müdiri Almaz Cəfərova, məktəb psixoloqu Günay Həşimova və fəal oxucu şagirdlər iştirak ediblər. Aynur Piriyeva ulu öndərin sözləri ilə “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı  nəinki öz ana dilində təmiz danışmalı, həm də onu möhkəm bilməli və qorumalıdır” demiş. Sonra Kitabxana müdiri Almaz Cəfərova çıxışında öz ana dilimizin saflığını qorumaq və onu dərindən öyrənmək hər bir azərbaycanlı gəncin vətəndaşlıq borcu olduğunu qeyd edib. Şagirdlər Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadənin "Mənim ana dilim" şeirini söyləyiblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi