Heydər Əliyev İli

"Heydər Əliyev İli” çərçivəsində məktəb kitabxanasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Dəyirmi masa" keçirilib. Məktəbin kitabxana müdiri Almaz Cəfərova Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb. Bildirib ki, yetişməkdə olan nəsil Ulu Öndərin mirasını dərindən öyrənməli, ondan dövlət və dövlətçilik təcrübəsini əks etməlidir. UBT rəhbəri Aynur Piriyeva qeyd edərək bildirdi ki, əsasən də məktəb uşaqları gələcək həyat yolunda məhz Ulu Öndərin dövlətə və millətə sədaqətini, yorulmazlığını örnək almalıdır. Məktəbin psixoloqu Günay Həşimova da Heydər Əliyevlə bağlı fikirlərini söyləyib. Sonda şagirdlərin ifasında şeirlər səsləndirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi