Narkomaniyaya yox!!!

Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə IX,X,XI sinif şagirdləri ilə "Narkomaniyaya yox deyək” mövzusunda söhbət aparılıb. İlk öncə məktəbin psixoloqu Günay Həşimova çıxış edərək narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək dərəcədə fəsadlar vurduğunu bildirib. Məktəbin biologiya müəllimi Gülər Mustafayeva belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini şagirdlərin diqqətinə çatdırıb.Görüşün sonunda mövzuya aid suallar cavablandırılıb. Sonda UBT rəhbəri Aynur Piriyevanın narkomaniya haqqında hazırladığı videoçarx nümayiş olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi