“Yurdumuza bahar gəlir”

            Bu gün məktəbimizdə “Yurdumuza bahar gəlir” adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, valideynlər, müəllimlər və şagirdlər də iştirak edirdi.         Tədbirdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, milli atributlarımız, çərşənbələrimizin mahiyyəti haqqında çıxışlar edildi. Milli adət-ənənələrimizdən, onların  gələcək nəsillərə ötürülməsinin mahiyyətindən, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasından da bəhs edildi. Şənlikdə Novruz bayramına aid mahnılar ifa edildi, şeirlər səsləndirildi, maraqlı səhnəciklər nümayiş edildi. Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızının gəlişi tədbirimizə rəng qatdı.              Şagirdlərimizin əl işlərindən və xonçalardan müxtəlif nominasiyalar üzrə müsabiqələr təşkil edildi. Müsabiqə qalibləri məktəb rəhbərliyi tərəfindən mükafatlandırıldı.             Sonda şagirdlər musiqi sədaları altında yallı gedərək baharı qarşıladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi