Yaşıl layihə

Yaşıl layihə: "Təbiəti qoruyanlar "adlı layihənin keçirilməsi davam edir. 5 a sinfinin rəhbəri Təranə Hüseynova "Təbiəti qoruyaq" mövzusunda sinif təşkilat saatı keçirib. Sinif təşkilat saatında məktəbin UBT rəhbəri Aynur Piriyeva və məktəb psixoloqu Günay Həşimova da iştirak edib. Sinif rəhbəri Təranə Hüseynova şagirdlərə məlumat verərək bildirib ki, təbiət bizim hamımızın anasıdır. Meşələrin qırılması və ətraf mühitin çirklənməsi bitki aləminə zərbələr vurur, nəticədə insanların sağlamlığına təhlükə yaradır. Bu səbəblərə görə təbiəti qorumaq bizim borcumuzdur. Ağacları qırmaq, heyvan və bitkilərə qulluq etməmək təbiətin məhv olmasına səbəb olur. Hər bir uşaq gərək təbiət qarşısında vəzifəsini bilsin, onu sevsin, qorusun və mühafizə etsin. Sonra şagirdlər sinif otağındakı bitkilərə öz balaca əlləri ilə qulluq edib, diblərini yumşaldıb ,qurumuş budaqları təmizləyiblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi