Novruz festivalı

        Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu gün Heydər Əliyev parkında Novruz festivalı keçirildi. Festivalda Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Rayon Gənclər və İdman İdarəsi nümayəndələri və Sabunçu rayon sakinləri iştirak edirdilər. Festivalda rayon məktəblərinin Novruz adət-ənənələrinə aid hazırlanmış əl işləri, milli-mənəvi dəyərlərini özündə əks etdirən müxtəlif tablolar nümayiş etdirildi. Xüsusi zövqlə hazırlanmış bu nümunələr  xalqımızın qədim adət-ənənəsindən, tarixindən xəbər verirdi. Buna görə də böyük maraqla qarşılanırdı. Məktəbimizin də iştirak etdiyi bu əyləncəli festival bayram konserti ilə yekunlaşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi