Nümunəvi dərs - Ağciyərlər

6 "B" sinfində Gülnarə Bağırova tərəfindən "Ağciyərlərdə qazlar mübadiləsi necə baş verir?" mövzusunda nümunəvi dərs keçirilib. Müəllim şagirdlərə “Ağciyərlər necə işləyir?” mövzusunda öyrəndiklərini xatırladaraq nəfəsalma və nəfəsvermə zamanı baş verən prosesləri izah edib. Bildirib ki, ağciyərlərin əsas hissəsini qovuqcuqlar – alveollar təşkil edir. Sonra lövhədə alveol və üzərini örtən kapilyarın şəklini çəkərək ağciyərlərdə qazlar mübadiləsini izah edib. Sonda ağciyərlərdə qazlar mübadiləsini əks etdirən videomaterial göstərilib. Dərsdə Kiçik Akademiya rəhbəri Nigar Abasova da iştirak edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi