Mikayıl Müşfiqin yaradıcılıq gecəsi keçirildi

           29 aprel tarixində məktəbimizdə nəğməkar şairimiz Mikayıl Müşfiqin 110 illiyi ilə əlaqədar yaradıcılıq gecəsi keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak edirdi.             Yaradıcılıq gecəsində müəllimlər və şagirdlərin hazırladıqları kompozisiyalar çox maraqla izlənildi. Gecədə Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında geniş məlumat verildi. Şeirlərdən parçalar səsləndi və şeirlərə bəstələnmiş mahnılar ifa olundu. Mikayıl Müşfiqə həsr olunmuş bu gecədə məktəbin direktoru tədbirin hazırlanmasında əməyi olan Məlahət Rəhmanlıya və iştirak edən müəllimlərə öz təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi