Ürək. Ürəyin quruluşu. Ürək necə işləyir?

Məktəbin təbiət kafedrasının müəllimi Səadət Ağayeva tərəfindən 6 "A" sinfində "Ürək. Ürəyin quruluşu. Ürək necə işləyir?" mövzusunda ümumiləşdirici dərs təşkil olunub. Dərsin əsas məqsədi ürəyin quruluşunu və fəaliyyətini şərh etmək olub. Dərsdə şagirdlər fəal iştirak edərək əyani vasitələrlə ürəyin fəaliyyətini və ürəkdə qan dövranı sistemini nümayiş etdiriblər. Mövzuyla əlaqədar təqdimatlar hazırlayıblar. Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Mirzəliyeva Şəbnəm və Kiçik Akademiya rəhbəri Nigar Abasova da iştirak edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi