Uşaq hüquqları aylığı

20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı”nın əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü və 20 noyabr- Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Bu aylıq çərçivəsində bizim məktəbimizdə də uşaq hüquqlarının qorunması mövzusunda bir sıra maarifləndirici tədbirlər hazırlandı. Şagirdlərimizin təşkil etdiyi divar qəzetləri və rəsmlər hazırlandı. Uşaq Hüquqları Konvensiyasının icrasının təmin edilməsi istiqamətində məktəbimizin bir çox siniflərində qrup halında müzakirələr və mütəaliələr keçirilmiş, sinif rəhbərləri tərəfindən sinif təşkilat saatlarında şagirdlərlə söhbətlər aparılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi