Son zamanlar dünyanın bütün ölkələrində təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda yer almış bullinqdir. Məktəbdə bullinq nədir və onunla necə mübarizə aparmaq olar? Bu məqsədlə məktəbin psixoloqu Günay Həşimova və UBT rəhbəri Aynur Piriyeva VIb sinif şagirdləri ilə diskusiya keçiriblər.