UBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə "Şəhidlər unudulmur" şüarı altında 1-ci Vətən müharibəsinin şəhidi Abbasov İmran Məhərrəm oğlunun bulağı ziyarət edilib. Abbasov İmran Məhərrəm oğlu 1975-ci il may ayının 2-də Qərbi Azərbaycanın Kirovakan şəhərində anadan olub. Vətəninin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına mübarizə aparıb. Abbasov İmran Məhərrəm oğlu 1994-cü il Füzuli rayonunda gedən döyüşlər zamanı şəhid olub.