"Milli sərvətimiz-kinolarımız"

     Fəaliyyət planının 1.3.19-cu bəndinə əsasən Milli-mədəni irsimizin öyrənilməsinin və qorunub saxlanmasının təbliği: Azərbaycan filmlərinin də mühüm cəhətlərindən biri  onların tərbiyəvi əhəmiyyət daşımasıdır.       Milli-mənəvi dəyərlərimizdən biri olan filmlərimizi şagirdlərimizə sevdirmək və tariximizə, ədəbiyyatımıza marağı artırmaq üçün "Milli sərvətimiz-kinolarımız" adlı layihəmizə start verdik. Bu il Nəsimi ili elan olunduğundan layihəmizə Nəsimi filmi ilə başladıq. Layihə V-XI  sinifləri əhatə edir.      Film orta əsrlərin zülməti içərisində günəş kimi parlayan xalqımızın görkəmli şairi İmadəddin Nəsiminin mürəkkəb və faciəli taleyindən bəhs edir .Filmi şagirdlər böyük maraqla izlədilər. Layihənin növbəti filmi şagirdlər tərəfindən səbirsizliklə gözlənilir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi