Müstəqilliyin Bərpası Günü

Bu gün Azərbaycan Respublikasının Müstəqilliyinin bərpa edilməsinin 32-ci ili tamam olur. Bu münasibətlə məktəbin coğrafiya müəllimi Ülkər Cavadlı və UTB rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə ,,Müstəqilliyimiz əbədidir,, adlı məktəb foyesində toplantı təşkil edilib. Müəllim Müstəqilliyimizin yaranma tarixindən, xalqımızın bu yolda mübarizəsindən, dönməzliyindən söhbət açıb. Dəyərli fikirləri ilə şagirdləri məlumatlandırıb. Məktəb rəhbərliyinin iştirak ilə keçirilən toplantıda müstəqilliyimizə həsr olunmuş, vətənpərvər şeirlər, mahnılar səsləndirilib. Müstəqilliyimizi, ərazi bütövlüyümüzü bizə bəxş edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Müstəqilliyimiz dönməzdir, əbədidir! Yaşasın müstəqil Azərbaycan xalqı!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi