Dəyirmi masa - "Füzuli azadsan!"

    Bu gün - 17 oktyabr Füzuli şəhərinin işğaldan azad olunmasına həsr olunmuş "Füzuli azadsan!" mövzusunda "Dəyirmi masa" keçirilib. Tarix müəllimi Lalə Babayeva geniş məruzə etdikdən sonra məktəb direktoru Nazəni Məmmədova I Qarabağ müharibəsi dönəmində cərəyan etmiş hadisələrə öz münasibətini bildirərək, bu gün Azərbaycanın tarixi qələbəsinin şəhidlərimizin qəhrəmanlığı, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu vurğulayıb. Sonra şagirdlər mövzu ətrafında çıxışlar edərək şeirlər söyləyiblər.     Tədbirdə direktor müavini Şəbnəm Mirzəliyeva, UTB rəhbəri Aynur Piriyeva, Kiçik Akademiya rəhbəri Nigar Abasova da iştirak ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi