27 sentyabr "Dəyirmi masa"

27 sentyabr "Anım Günü" ilə bağlı məktəbin 8 "A" sinfində Gülzar İsmayılovanın və şagirdlərinin təşkil etdiyi "Dəyirmi masa" keçirilib. Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb. Şəhidlərimizin xatirəsi 1-dəqiqəlik sükutla yad edilib. Şagirdlər həmin günün təəssüratını, həyəcanını paylaşıblar. Həmin tarixin Azərbaycan üçün yeni bir başlanğıc, ərazi bütövlüyümüzün bərpası olduğu vurğulanıb. 27sentyabr günü 30 illik həsrətə, ürəyimizdə dağ olan Qarabağ həsrətinə son qoyulmasına atılan ilk addımın günüdür. Sonunda zəfər dayanan bir günün başlanğıcı idi. Bu günü tariximizin yaddaşına qanları, canları ilə həkk edən qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi