27 sentyabr - "Anım Günü"

27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin direktoru Nazəni Məmmədova tədbir iştirakçılarına "Anım Günü" haqqında məlumat verib. Hərbi rəhbər Səfxan Bayramov və tarix müəllimi Lalə Babayeva məlumat verərək bildirib ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Sonda məktəb şagirdləri Şəhidlər Ölməz!, Vətən Var Olsun!, Şəhidlərimiz ən ali qürur mənbəyimizdir!, Vətən uğrunda vuruşan hər bir əsgər Qəhrəmandır! , Sənə can qurban, Azərbaycan! şüarları altında şəhidlərimizə həsr olunmuş şeirlər söyləyib, xatirə şəkilləri çəkdiriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi