Yol hərəkəti qaydaları şagirdlərin gözü ilə

UBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə 2 a sinif rəhbəri Zenfira Quliyeva və şagirdlərinin "Yol hərəkəti qaydaları" adlı hazırladıqları tədbir keçirilib. Tədbirin keçirilməsində başlıca məqsəd şagirdlərin təhlükəsiz davranış qaydalarını öyrətmək, eləcə də yol hərəkəti qaydaları barədə ətraflı məlumat vermək idi. Məktəbin təşkilatçı rəhbəri Asiman Paşayev şagirdlərə “Yol hərəkəti haqqında” qanunun tələbləri, nizam-intizam qaydalarına dair məlumatlar verib. Şagirdlərin yol hərəkəti qaydalarını bilməsi üçün həm müəllimlərin, həm də valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi