"Kiçik Akademiya"ların yekun hesabat konfransı

Mayın 25-i 2023-cü il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə 2022/2023-cü tədris ili üzrə yekun hesabat konfransı keçirilib. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin, Şəhidlərimizin əbədi və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev 2022/2023-cü tədris ili ərzində görülən işlər haqqında hesabat xarakterli məlumatlar verib. Yekun konfrans 4 hissədən ibarət təşkil olunub. Hər hissədə 44 məktəb üzrə şagirdlər humanitar, texniki, təbiət, fəlsəfə və.s məzmunlu araşdırma, elmi-tədqiqat işlərini təqdim ediblər. Fasilələr zamanı "Qarabağ can Qarabağ", "Anadır arzulara hər zaman Qarabağ", "Xalq Heydər söyləyəcək" adlı mahnılar şagirdlərin ifasında səsləndirilib. Konfransın sonunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, professor Hüseyn Əsgərov konfransın işini qənaətbəxş hesab etmiş, gənc tədqiqatçılara uğurlar və müvəffəqiyyətlər arzulayıb. Hər bir məktəbin gördüyü işlərin qiymətləndirilməsi, stimullaşdırılması məqsədilə şagirdlər "Fəxri Fərman" ilə təltif olunublar. Konfransda məktəbin KA rəhbərləri Nigar Abasova, UTB rəhbəri Aynur Piriyeva və şagirdlərimiz Bəsdi Cəlilova, Nigar Abdullazadə iştirak ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi