Valideynlərlə görüş

23.05.2023-cü il tarixdə məktəb rəhbərliyi və peşə koordinatorunun təşkilatçılığı IX sinif şagirdlərinin valideynləri ilə peşə yönümü və şagirdlərin buraxılış imtahanlarının nəticələri haqqında iclas keçirilib. İclasda məktəbin direktoru Nazəni Məmmədova və direktor müavinləri şagirdlərin dərsə davamiyyəti və buraxılış imtahanlarının nəticələri haqqında valideynlərə məlumat veriblər. Nəticələri zəif olan şagirdlərin peşə liseylərinə qəbulları istiqamətində təkliflər irəli sürülüblər. İclasda çıxış edən məktəb psixoloqu valideynlərə yeniyetməlik yaş qrupunda olan şagirdlərin yaş xüsusiyyətləri, psixi vəziyyəti və peşə seçimində maraq və qabiliyyətlərinin düzgün istiqamətlənməsi haqqında məlumat verib. İclasa Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil və Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzinin əməkdaşları dəvət olunub. İclasda çıxış edən mütəxəssislər valideynlərə peşə məktəblərindəki ixtisaslar, qəbul qaydaları haqqında geniş məlumat veriblər. Sonda valideynlərin sualları cavablandırılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi