Zakir Bəhmənovun  "Anım Günü"

        Məktəbin adını daşıyan, torpaqlarımız uğrunda şəhid olan Zakir Bəhmənovun  "Anım Günü" dür. Hər il  bu gün məktəbimiz tərəfindən qeyd olunur.  Zakir Bəhmənovun ölümünün 15-ci il dönümü  ilə əlaqədar bu gün "Anım Günü" tədbiri keçirildi.Tədbirdə məktəb rəhbərliyi və Zakir Bəhmənovun ailə üzvləri də iştirak edirdi. Tədbirdə şagirdlər Z.Bəhmənovun həyatı və döyüş fəaliyyəti haqqında danışıb, səhnəciklər nümayiş etdirdilər. Vətən, torpaq və şəhidlərimiz haqqında şeirlər səsləndirdilər. Sonda ailə üzvləri  Zakir Bəhmənov haqqında xatirələrindən danışdılar.         Tədbirdən sonra məktəb rəhbərliyi, şagirdlər və Zakir Bəhmənovun ailə üzvləri II Fəxri xiyabana gedərək şəhidin məzarını ziyarət etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi