4a  sinfində " İbtidai siniflərdə fənn aylığı" çərçivəsində nümunəvi dərs

        30.04.2019 -cu il tarixində məktəbin 4a  sinfində " İbtidai siniflərdə fənn aylığı" çərçivəsində sinif rəhbəri Sultanzadə Mayanın rəhbərliyi ilə azərbaycan  dili fənnindən "Məftunun bağa girməsi" mövzusu üzrə nümunəvi dərs keçirildi.Məktəb rəhbərliyi və müəllimlər  dərsi dinlədilər. Dərsin məqsədi mətni sürətli , ifadəli,dəqiq oxumaq , mətn üzrə faktoloji suallara cavab vermək, qəhrəmanın  xarakterinə uyğun  jest və mimikalardan istifadə etmək idi. Şagirdlər mövzunu rollar üzrə oynadılar və 4  qrupa bölünərək ,iş vərəqələrindəki tapşırıqları yerinə yetirdilər.Məlumat mübadiləsi və müzakirəsindən sonra qruplar meyarlar üzrə qiymətləndirildi.Nəticə və ümumiləşdirmə edildi ki, acgözlük və tamahkarlıq  insanı  öz köləsi edən mənfi keyfiyyətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi